Şəfalı əllərin var olsun
Ancaq bu xoş əhval-ruhiyəni Bakı şəhəri Sabunçu rayonu 3 nömrəli xəstəxanada görmək mümkümdür.
İnsanları gülərüzlə qarşılamaq, onları səmimi dinləmək xoş sözlərlə onların sağlamlığı ilə maraqlanmaq, lazımı tibbi məsləhətlər vermək bəzən ən güclü dərmanlardan da kefiyyətlidir. Belə ki, bu nəcib xüsusiyyətlərə, yüksək insanı kefiyyətlərə malik və arzumu bildirməyi özümə mənəvi borc bildim.
Müalicə üçün Bakı şəhəri Sabunçu rayonu 3 nömrəli xəstəxanasının cərrahiyyə şöbəsinə getdim. Şöbədə çalışan baxmayaraq ki, ilk dəfə xəstəxanada məni qəbul edən üzü nurlu, xoş xasiyyət və öz Hippokrat adına sadiq qalan ümumi cərrah doktor Nailə Cabbarova oldu. O, xoş rəftarı ilə sağlamlığımla maraqlanmaqla, lazımi tibbi göstərişlər verir və diaqnozun düzgün qoyulur və təmənnasız göstərilən tibbi xidmət öz müsbət nəticəsini göstərməkdədir. Şəraitə uyğun xəstəxanada xəstələrə lazımı xidmət göstərilir. Xəstəxanada fəaliyyət göstərən bütün tibb personajına başda Nailə xanım olmaqla ös təşəkkürümü bildirirəm, Ulu tanrıdan, sağlamlığımızın keşiyində duran şərəfli peşə sahiblərinə uzun ömür, mənalı həyat tərzi arzu edirəm.
Baş direktor: Həsənov Ruslan Şamməd oğlu
Telı.: 050-212-43-95