Rusiya prezidenti Vladimir Putin Türkiyənin İstanbul şəhərinə gəlib.
“Ölkə.Az” report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, burada yanvarın 7-də ictimai tədbirlər planlaşdırılmayıb. İşçi proqram yanvarın 8-ə nəzərdə tutulub.
Xüsusi halda Rusiya lideri çərşənbə günü “Türk axını” qaz kəmərinin istismara verilməsi mərasimində iştirak edəcək.