Türkiyənin Liviya planı açıqlandı: “İlk növbədə…” – Kritik vəziyyət

651

“Türkiyə Müdafiə Nazirliyinin Liviyaya göndərdiyi hərbi birliklər xidmətə başlayıb. Türk ordusu ilk növbədə qiyamçı general Xəlifə Haftarın hərbi bazalarına zərbələr endirəcək”.

Bunu Liviya Silahlı Qüvvələrinin komandanı Nasir Əmmar deyib.

Əmmar qeyd edib ki, Türkiyə Liviya Barış Hökumətinə hava hücumundan müdafiə sistemləri və hərbi mütəxəssislər göndərib: “Bunlarla istənilən hava hücumundan müdafiə sistemlərini vura bilərik”.

Ərəb mediası isə türk hərbi qüvvələrinin Tripoliyə radar və radio tezliklərə nəzarət edə bilən qurğular gətirdiyini yazıb. Mənbələr Liviyaya göndərilən türk qüvvələrinin Haftar ordusunu darmadağın edə biləcəyini iddia edib. (teleqraf.com)