Trampın və Putinin sonu necə olacaq… – Vanqanın öncəgörməsi

649

Məşhur bolqar görücü Vanqanın ölümündən 24 ilə qədər vaxt keçir. Amma hələ də onun proqnozları müzakirə olunur.

Turkustan.info xəbər verir ki, Vanqa 11 sentyabr hadisəsini, İŞİD-in yaradılmasını, “Brexit” məsələsini əvvəldən söyləyə bilmişdi. Onun ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin haqqında da proqnozları olub.

Vanqa Putinin sonunun yaxşı gəlməyəciyin deyib. Bolqar görücü Rusiya prezidentinə qarşı sui-qəsdin olacağını bildirib. Guya mühafizəçilərdən biri xainlik edəcək. Amma Vanqa həmin epizodda Putinin ölüb-ölməyəcəyini dəqiq söyləməyib.

Donald Tramp və Vladimir Putin

1911-ci ildə Makedoniyada doğulan Vanqeliya Pandeva Quşterova Tramp haqqında iddialı yazıb. ABŞ prezidentinin ağır xəstəliyə tutulacağı, eşitmə qabiliyyətini itirəcəyi gözlənilir. Vanqa Trampın 2020-ci ildə hakimiyyətdən gedəcəyini proqnozlaşdırıb.

Bolqar görücünün fikrincə, bu il Avropa iqtisadiyyatına da düşərli olmayacaq. Qadın hətta iddalı ifadə ilə dünyadan köçüb: Avropa iqtisadiyyatı çökəcək.

Vanqa bunları da yazıb: qatarlar günəş işığı ilə işləməyə başlayacaq, neftin populyarlığı itəcək, dünyanı 3 nəhəng idarə edəcək, qırmızı pulları olanlar planetə hökmünü göstərəcək. Hesab olunur ki, 3 nəhəng deyəndə Rusiya, Çin və Hindistan nəzərdə tutulur. Çin yuanının 100-lüyü, Rusiya rublunun 5000-liyi qırmızı rəngdədir.  /Bizimyol.info/