ABŞ İranın Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, generalı Qasım Süleymaninin öldürülməsi haqqında qərarı NATO-nun və İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyanın iştirakı olmadan qəbul edib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Şimal Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib.
“ABŞ tərəfindən bu qərar İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın və NATO-nun iştirakı olmadan qəbul edilib”, – deyə baş katib Şimal Atlantika alyansının təcili iclasının nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Bununla belə, Stoltenberq əlavə edib ki, Vaşinqton öz qərarı ilə bağlı NATO-ya izahat verib.