Bu barədə “Ölkə.Az”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
BNA vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələrini tövsiyə edib: “Bu cür mədəni kütləvi tədbirlər zamanı şəxsi nəqliyyat vasitəsindən daha az istifadə olunması hər kəsin mənzil başına daha tez, rahat və maneəsiz çatmasına imkan verir. Vətəndaşlarımızdan anlayış göstərərək ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Bundan əlavə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək.
Həmçinin, əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək. Ümumilikdə isə bayram tətili günlərdə nəqliyyatın işinə nəzarəti təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirəcək.
Sürücülərdən xahiş edirik ki, avtomobillərini dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayaraq digər hərəkət iştirakçılarına mane olmasınlar”.