Göyçay rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yeni kompleksdəki mənzillərə köçürüləcək məcburi köçkünlər iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində məcburi köçkünlərin inşası başa çatdırılmış yaşayış komplekslərində və qəsəbələrdə yerləşdirilməsinə başlanıldığını bildirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü, ardıcıl iş aparıldığını bildirib. Qeyd olunub ki, məcburi köçkünlərə dövlət qayğısı kompleks xarakter daşıyır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, məşğulluğunun artırılmasını, sosial müdafiəsinin gücləndirilməsini, sağlamlığının qorunmasını, təhsilini, mədəni inkişafını əhatə edir. Bu il inşası başa çatdırlan yeni yaşayış sahələrinin 5 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraitini əsaslı şəkildə yaxşılaşdıracağı, hazırda tikintisi davam etdirlən və gələn il salınacaq qəsəbələrdə isə 7 minədək ailəyə mənzil verilməsinin mümkün olacağı diqqətə çatdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzilllərin birinci növbədə verilməsi barədə tapşırığının paytaxtla yanaşı, bölgələrdə də icra edildiyi bildirilib. Rövşən Rzayev məcburi köçkünləri birliyimizin və həmrəyliyimizin rəmzi olan əlamətdar gün və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara yeni mənzillərdə xoşbəxtlik, səadət arzulayıb. Belə bir inam vurğulanıb ki, dövlətimizin başçısının apardığı qətiyyətli siyasət tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə nəticələnəcəkdir.
Göyçay rayonda 80 mənzilli yaşayış binası tikilib. Bu gün Göyçay ragon icra başçısının və Nazirliyinin əməkdaşlarının iştrakı ilə püşk atılaraq evlər paylandı.
Beynelxalqinformasiyaagentliyi.az Mehman E. Göyçay