Aztəminatlı ailələrin hər birinə 100 manat veriləcək — SƏRƏNCAM

668
Aztəminatlı ailələrin hər birinə 100 manat veriləcək — SƏRƏNCAM

Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılıb.