Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb.
”Ölkə.Az” Report-a istinadən xəbər verir ki, o, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb.
Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.
“Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur. Əməliyyat uğurlu keçdi”, – klinikadan bildirilib.