“Amerikalılara güvənmirik, Vaşinqton və Tehran arasında heç bir müzakirə olmayacaq”.
“Ölkə.Az” teleqraf.com-a istinadən xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyinin müşaviri, keçmiş müdafiə naziri Hüseyn Dehqan deyib.
İranlı general ABŞ-ı bölgədə dağıdıcı fəaliyyət göstərməkdə ittiham edib:
“ABŞ İraqın neft sahələrini ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edir. ABŞ-İran münasibətlərinə gəlincə, amerikalılara güvənmirik, Vaşinqton və Tehran arasında müzakirə olmayacaq”.