Prezident: “Biz indi Xəzərdə ən böyük donanmaya malikik”

686
Prezident: “Biz indi Xəzərdə ən böyük donanmaya malikik”

“Bakı gəmiqayırma zavodunu Azərbaycan özü sifarişlərlə təmin edəcək.”

Bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində deyib.

“Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq”, – Prezident bildirib.

Dövlət başçısı həmçinin əlavə edib ki, indi Azərbaycan Xəzərdə ən böyük donanmaya malik ölkədir.

“Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq”, – deyə dövlət başçısı qeyd edib.