Azərbaycan Hesablama Palatasının auditorunun 32 yaşlı qızı Aynur Alışanova bu ilin noyabr ayında Bakıda 5 şirkət təsis edib.
Turkustan.info “Turan”a istinadən bildirir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər (“TPDN”, “Oyuncaq Dünyası”, “H2A Studio”, “Dinamo-Qarabağ” və “The Toy Story”) eyni ünvanda qeydiyyata alınıb.
Qeyd edək ki, Aynur Alışanova həm də AzTV-nin sabiq sədri Arif Alışanovun qızıdır. /Yeni Sabah/