Müğənni Yaqut Babayeva uzun fasilədən sonra “Şou ATV” verilişinin qonağı olub.
“Ölkə.Az” xəbər verir ki, ifaçı səhnədən, efirdən kənar qalmasının səbəblərini açıqlayıb.
“Artıq tamaşaçılar da bilir ki, mən sənətdə nələr yaşamışam. Bizim nəsil bu sənətdə çox əziyyət çəkib. Kolxozçuların, əsgərlərin qarşısında soyuqda konsert vermişik. Bizim yaradıcılığımıza, əziyyətimizə qiymət vermədilər. Bilirsiz necədir, hər dəfə eşidəndə 25 yaşlı müğənniyə ad verilib, insana təsir edir. Belə hadisələr məni çox həvəsdən saldı, küsdürüb, səhnələrdən uzaqlaşdırdı. Heç bir konsertimdən, qastrol səfərlərimdən qonarar almamışam”,- deyə o, bildirib.
Daha sonra hərbi xidmətdə olan oğlunun görüntüsü müğənnini kövrəldib, o, verilişdə göz yaşlarını saxlaya bilməyib.