Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “EuroHome” tikinti materialları bazarında baş verən yanğın yerinə gəlib.
“Minval.İnfo” xəbər verir ki, jurnalistlərə açıqlama verən R.Zeynalov DYP-nin şəxsi heyətinin, həmçinin Post Patrul Xidmətinin, eləcə də digər əlaqəli qurumların səfərbər olunduğunu qeyd edib.
Onun sözlərinə görə, hazırda hər iki istiqamətdə yol açıqdır: “Müəyyən sıxlıq var və bunun da aradan qaldırılması üçün tədbirlər görülür. Hesab edirəm ki, əhali bu işdə bizə kömək edir. Sürücülər diqqətli və təmkinli olmalıdır. Mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır”.