“Ekologiya postu” kimi tanınan ərazidə tikinti materialları bazarındakı yanğın daha da geniş miqyas alıb.
“Ölkə.Az” oxu.az-a istinadla xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopteri cəlb edilib.
Səhiyyə Nazirliyi tərəfindən hadisə yerinə dörd təcili tibbi yardım briqadası göndərilib. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.