Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən kəndlərdə yaşayan sakinlərə əlavə ödənişlər edəcək.
Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Arman Babacanyan çıxışında deyib.
Onun sözlərinə görə, layihə 2020-ci ilin yazında Azərbaycanla sərhəddəki Tavuş, Qeqarkunik və Vayots-Dzor vilayətlərinin kəndlərində başlayacaq. Proqram Azərbaycanla sərhəddə azı 3 il yaşayan ailələrdə hər yeni doğulan körpəyə 1000 dollar birdəfəlik ödənişin verilməsinə, uşağın 3 yaşa çatmasına qədər isə ayda 100 dollar müavinətin kəsilməsini nəzərdə tutur.
Deputat gələn il müzakirəyə çıxarılacaq qanun layihəsinin maliyyələşməsində diaspor və yerli biznesmenlərdən kömək alacaqlarını deyib. /Modern.az/