“Bakılı Oğlanlar” Şən və Hazırcavablar Komandasının (ŞHK) üzvü, şoumen Bəhram Bağırzadə fevralın 9-da keçiriləcək parlament seçkisində namizəd olmaq niyyətində deyil.
Bu barədə şoumen Cebhe.info-ya açıqlamasında bildirib.
Bəhram Bağırzadə qeyd edib ki, parlamentdə təmsil olunmaq onun niyyəti və arzusu deyil:
“Mən öz işlərimlə məşğulam, deputatlığa namizəd olmaq fikrim qətiyyən yoxdur”.