“Ölkə.Az” xəbər verir ki, bunu “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, son vaxtlar maraqlı hadisələrin şahidi oluruq: “Mənim dostlarım inciməsinlər, bəzi nüansları səthi də olsa, deməliyəm. Təqribən 5 ilə yaxın zaman kəsiyində, varlığı ilə yoxluğu bilinməyən, nə dövlətçilik məsələlərinə, nə cəmiyyətdə baş verən hadisələrə reaksiya verməyən, münasibət bildirməyən sinəsində Azərbaycan Respublikası Milli Məclisinin nişanın gəzdirən bəzi deputatlar indi aktivləşib, müxtəlif məsələlərə münasibət bildirirlər. Görəsən nəyə görə? Yəqin onlar da anlayıblar ki, daha yatmaq vaxtı deyil. Aparılan islahatlara adekvat cavab verməyin, yeni çağrışlara qoşulmağın, inkişafa töhfə verməyin, yenilənməyin vaxtıdır. Amma çox gecdir, əziz dostlar. Məncə bəziləri razılaşmalıdır ki, qatar çox aralanıb, qaçmaqla çata bilməyəcəklər”.