Nazir müavini həbs edilib — Ermənistanda

676

Nazir müavini həbs edilib

Ermənistanın təhsil, elm, idman və mədəniyyət nazirinin müavini Qeverq Loresyan xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

“Ölkə.Az” “armenpress”ə istinadən xəbər verir ki, Ermənistan Təhlükəsiz Xidmətinin yaydığı məlumata görə, nazir müavini ilə yanaşı, sürücüsü və futbol klubunun rəhbərlərindən biri həbs edilib.

İlkin ehtimallara görə, nazir müavini  sürücüsü vasitəsi ilə  külli miqdarda rüşət almaqda ittiham olunur. İstintaq davam edir.