Məşhur bloqer HƏBS OLUNACAQ

742

Məşhur bloqer HƏBS OLUNACAQ

Türkiyəli instagram fenomeni, DJ Kerimcan Durmaz üçün məhkəmə azadlıqdan məhrum etmə cəzası çıxarıb.

“Ölkə.Az” xəbər verir ki, məhkəmənin qərarına əsasən məşhur bloqer 10 ay müddətinə həbs olunacaq. Bundan əlavə Durmaz 5 min lirə (təxmini 1400 manat) təzminat ödəyəcək.

Məhkəmədə çıxış edən bloqer çox peşman olduğunu dilə gətirib:

“Həssas və diqqətli bir insanam. Düşünürəm ki, insanlar tərəfindən səhv başa düşülmüşəm. Əslində, o videonu 2 dostumun olduğu qrupa atacaqdım. Amma səhvən “İnstagram” hesabımın hekayə bölümündə paylaşmışam. Özümü çox pis hiss edirəm. Səhv etdiyimi qəbul edirəm. Amma bağışlanmağımı xahiş edirəm”.

Proses zamanı prokuror Kerimcan Durmazın 6 aydan 3 ilə qədər həbs olunmasını istəmişdi.

Qeyd edək ki, təyyarə tualetində çəkdiyi etik olmayan videosunu “Instagram” hesabında paylaşıb.