İrandan etiraf: “Bütün yolları bağladılar”

299

İranın Birinci vitse-prezidenti İshaq Cihangiri ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin Rəsmi Tehranı çökdürmək üçün əlindən gələni etdiklərini deyib. “Amerikalılar son 2 ildə ölkə iqtisadiyyatının bütün yollarını bağladılar. ABŞ rəhbərliyi İranın ehtiyaclarının böyük hissəsini qarşılayan məhsulları təsbit edərək, neftdən sonra neft-kimya, alüminium, polad, nəqliyyat və sığorta şirkətlərini də sanksiyalarla əhatə edib”.

Turkustan.info  xarici mediaya istinadən xəbər verir ki, Cihangiri, ABŞ-ın İran iqtisadiyyatı üçün infrastruktur və həlledici əhəmiyyət daşıyan maddələrə qarşı sanksiyalar tətbiq etdiyini və hətta çox yaxın münasibətləri olan “İranla dost ölkələr”in də neft almağa cəsarət etmədiyini söyləyib.

Son iki ildə baş verən bütün iqtisadi və psixoloji təzyiqlərə baxmayaraq, ağır şərtlər qarşısında ayaqları üstündə dayandıqlarını deyən vitse-prezident “ABŞ iqtisadi və psixoloji sahədə tətbiq etdikləri maksimum təzyiq politikası ilə İranın neft ixracatını sıfıra endirməyi bacarmadı. Neftimizi başqa üsullarla satmağı bacarırıq” sözlərini dilə gətirib.  /konkret.az/