Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir
Avtomobillər üçün elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib.
Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, xidmət Ədliyyə Nazirliyinin istifadəyə verdiyi “Mobil notariat” tətbiqi vasitəsilə və “myGov” platforması üzərindən göstərilir.
O bildirib ki, istifadəçinin ASAN imzansı vəya elektron imzası varsa, həmin xidmətdən heç bir şifrəsiz istifadə edə bilər:
“Əgər siz bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməmisinizsə ilk dəfə identifikasiyaya ehtiyac var. Ona görə biz alternativ kimi bu imkanı da yaratmışıq, ASAN imzanız, elektron imzanız yoxdursa, belə halda bir dəfə ilkin şifrəni götürmək üçün notariat kontoruna gəlirsiniz.
Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür”.