“Ölkə.Az” xəbər verir ki Cəlilabad, Neftçala və Şəmkir rayonlarının sakinlərindən Unikal.org-a bildirilib ki, onlar Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla görüşə getsə də, nazir gəlməyib.
Belə ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyul tarixində baş tutub. K.Heydərovun əhali ilə sonuncu görüşü də elə o olub. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbul etmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib. Belə çıxır ki, fövqəlnazir Prezidentin tapşırıqlarına əməl etməyərək, 3 aydır ki, vətəndaşlarla görüşüb, onların problemlərini dinləmir.