Türkiyənin Ordu şəhərindən Yozqat şəhərinə yarışa gedən Ordu Gənclərbirliyi qadın həndbol komandasını daşıyan avtobus Yozqatın Aydıncık qəbəsəsində qəzaya uğrayıb. İkinci liqada mübarizə aparan komandanın avtobusu dərə yatağına aşıb.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.
Yaralılar Çəkərək və Sorqundakı xəstəxanalara yerləşdiriliblər. Yaralıların şəxsiyyəti hələlik açıqlanayıb.