Azərbaycan Dillər Universitetinin (ADU) yeni prorektoru Novruz Məmmədov kollektivə təqdim olunub.
“Ölkə.Az” xəbər verir ki, N.Məmmədovu ADU-nun rektoru Kamal Abdulla kollektivə təqdim edib.
Qeyd edək ki, N.Məmmədov dünən Azərbaycan Dillər Universitetinin (ADU) elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. O, 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.
Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikasının Baş naziri olub.