Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
Qafqazinfo xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
Açılış mərasimindən sonra dövlət başçısı Pirşağı stansiyasından qatarla Zabrat-2 stansiyasına yola düşüb. Bu zaman “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezidentə görülən işlərlə bağlı məlumat verib.