“Ölkə.Az” bu mövzu ətrafında apardığı kiçik araşdırmanı təqdim edir.
Mərhum repçi Hüseyn Dərya narkotik istifadə edən məşhurlardan olub. Elə bu səbəbdən də onun ailəsi dağılıb, həbsə düşüb. “Millət qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm. Bir qələtdi, səhvdi etmişəm”,- deyə illər öncə o, etiraf edib.
Digər mərhum repçi Anar Nağılbaz da “ağ ölüm”ün qurbanlarından olub. Repçi haqqında mətbuatda bir neçə dəfə yazılar getsə də, ifaçı bunu özü heç vaxt etiraf etməyib.
Xalq artisti Rəmişin dediyinə görə, o, uzun müddət narkotik istifadəçisi olub.
İfaçı müsahibələrinin birində:
“Uşaqlıqdan narkotik istifadə edirəm. “Kubinka”da, “Dağlı məhəlləsi”ndə olduğum üçün istifadə etməyə məcbur olurdum. Narkotik səhhətimə çox pis təsir edib, bu, həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi”,- deyə qeyd edib.
Mərhum müğənni Elçin Cəliovun da bu asılılıqdan əziyyət çəkdiyi iddia olunur. İddialara görə, məhz bu qorxunc vərdiş, onun ölümünə səbəb olub.
Reper Elşad Xose də narkotikdən istifadə edən məşhurların siyahısındadır. Hətta bir zamanlar o, narkotik gəzdirdiyinə görə həbs olunsa da, sonradan sərbəst buraxılıb.
Skipka ifaçısı Natiq Nuriyevin də gənc yaşlarında narkotik asılılığının olduğu iddia olunub.
Estradamızın estravaqant müğənnisi Samir Bağırovun da bir zamanlar bu narkotik vərdişi olduğu bildirirlir. O, müsahibələrinin birində bunu etiraf edərək, müalicə aldığını da bildirib.
Mərhum klarnet ustadı Zahid Sabirabadlı da uzun müddət narkotik maddələrdən istifadə edib. Lakin ölümündən bir neçə həftə öncə bu vərdişindən əl çəkdiyini bildirib.
Digər skripka ifaçısı Ramin isə etirafında narkotik aludəçiliyindən dəfələrlə əl çəkmək istədiyini dilə gətirib.
“O zəhrimardan istifadə etməyə başlayandan dəfələrlə olub ki, tərgitmişəm. Amma müəyyən vaxtdan sonra yenə də qayıtmışam”,- deyə ifaçı bildirib.
Hazırladı: Vüsalə Balayeva