Ayaz Mirzəyev vəzifəsindən ayrıldı

752

Ayaz Mirzəyev vəzifəsindən ayrıldı

Nazirlər Kabinetinin sözçüsü Ayaz Mirzəyev işindən ayrılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə A. Mirzəyev özü məlumat yayıb.

O bildirib ki, bu gündən etibarən Nazirlər Kabineti Aparatında mətbuat xidməti vəzifəsini icra etmir: “Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, hələ ki, bu vəzifəyə təyinat olmayıb.