Türkiyənin məşhur aktrisası Yıldız Kenter dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, 91 yaşlı teatr və kino ulduzunun anidən halı pisləşərək xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Y. Kenterin həyatını xilas etmək mümkün olmayıb.
Onun itkisi mədəniyyət dünyasını yasa boğub. Eyni zamanda, Türkiyə Prezidenti Rəsəb Tayyip Ərdoğan tvitter hesabında başsağlı statusu yazıb: “Dəyərli teatr sənətçimiz Yıldız Kenterə Allahdan rəhmət, ailəsinə, sevənlərinə və sənət dünyasına başsağlığı diləyirəm”.