“Azərişıq” ASC istehlakçılara xəbərdarlıq edib.
Qurumdan daxil olan məlumata görə, bu gün 91 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Digah və Mehdiabad qəsəbələrinin bəzi ərazilərində saat 12:00-dan 15:00-a qədər elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranacaq.
“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.