“ATV aktual” verilişinin aparıcısı, tanınmış telejurnalist Ariz Tarverdiyev uzun müddətdir çalışdığı ATV kanalından ayırılıb.
Aparıcının televiziyadan ayırılmasına səbəb “AzerGold” QSC-nin mətbuat katibi vəzifəsinə təyinat alması olub. O bir neçə gündür ki, vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, A.Tarverdiyev ATV-də müxbir, xəbər informasiya proqramı və “ATV Aktual” ictimai-siyasi verilişinin aparıcısı olub.
Xatırladaq ki, bir neçə gün öncə televiziya kanalının icraçı direktoru Vahid Səmədov da öz ərizəsilə vəzifəsindən azad edilmişdi.