Xameneyidən gözlənilməz addım – dövlətə qarşı çıxanları ƏFV etdi

834

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi əfv sərəncamı imzalayıb.

Əfv olunan 3552 məhbusdan 32 nəfəri İran dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edilərək azadlıqdan məhrum edilənlərdir. Onların arasında jurnalistlər və tələbələr də var.

İran mətbuatı yazır ki, Ali Rəhbər yüksək humanistlik nümayiş etdirib və dövlətə qarşı çıxanları da əfv edib.

Qeyd edək ki, inqilabdan sonra ilk dəfədir ki, İranda dövlətə qarşı cinayətdə ittiham edilərək həbs olunan adam azadlığa buraxılır.  /Modern.az/