Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun səhhətində problemlər yaranıb.
Sonxeber.az xəbər verir ki, polis polkovniki səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Hazırda onun soyuqdəymə səbəbi ilə müalicə aldığı bildirilir.
Polkovniklə əlaqə yaratdıq. O, artıq iki gündür xəsətəxanada olduğunu, müalicəsinin hazırda davam etdiyini və səhər isə işə qayıdacağını deyib.