Türkiyədə Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında işlətdiyi təhqiramiz ifadələrə görə məhkəmə yekun qərar çıxarıb.
“Ölkə.Az” İHA-ya istinadən xəbər verir ki, məhkəmə prosesinə Ərdoğanın vəkili Tuba Sağlam Eker və Kılıçdaroğlunun vəkili Nihal Cengiz qatılıb.
Nihal Cengiz məhkəmənin ədalətinə şübhə etdiyi üçün hakimin dəyişdirilməsini tələb edib.
Lakin, onun tələbi rədd edilib və Kılıçdaroğlunun Ərdoğana 50 min lirə (təxminən 14 min 700 manat) mənəvi təzminat ödəməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Kılıçdaroğluy 17 iyul 2018-ci ildə CHP-nin iclasında Ərdoğan haqqında təhqiramiz ifadələr işlətmiş, həmçinin onun karikaturasının sosial şəbəkədə paylaşmışdı.