Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Noyabrın 4-də saat 16 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizə girən şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən sudan çıxarılıb.
Beynelxalqinformasiyaagentliyi.az xəbər verir ki, araşdırmalarla onun Binə qəsəbə sakini Ə.Hacıyev olduğu, ailə münaqişəsi zəminində özünü dənizə atmağa cəhd etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.(apa)