Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir.
Report xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək:
“Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm”.
Daha sonra F.Laçın jurnalistlər üçün “Şirin anlar” mahnısını ifa edib.
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.