Çeçenistan yol polisinin başçısı İdris Çerxiqov respublikada toy kortejləri üçün yeni qaydaların tətbiq olunması haqqında xəbərdarlıq edib.
RBK xəbər verir ki, bundan sonra kortejin marşrutu haqqında toydan azı 4 gün əvvəl polisə xəbər verilməlidir.
Kortejdə iştirak edən avtomobillərin sayına və karvanın sürətinə məhdudiyyət qoyulacaq.
Polis hesab edir ki, toy mərasimlərindəki avtomobil karvanı yol hərəkəti təhlükəsizliyini pozur.