Bu müqəddəs məsciddə krandan su əvəzinə isti şorba axır – Foto

794

Şorba karntı

Türkiyənin Kırıkkale şəhərində Ümmul Kura Dərnəyi tərəfindən inşa etdirilmiş şəhər məscidində şorba bulağı fəaliyyət göstərir.

Bizimyol.info Türkiyə mediasına istinadla xəbər verir ki, məscidin qapısı önünə quraşdırılmış krandan günün 24 saatı boyunca isti şorba axır və ehtiyacı olanları doyuzdurur.

Məscidin şorba çeşməsindən tələbələr, şagirdlər, namaza gələnlər və evsiz- ekiksiz insanlar faydalanırlar. Ayrıca hər cümə günləri burda şirniyyat ehsan edilir.

Şorba karntı

Məscidin müftisi Şahin Yıldırım bildirib ki, məscidlər Kəbənin şöbələri olaraq yer üzünə yayılıblar. “Ona görə İslamın bizə təlqin etdiyi yardımsevərlik ənənələri elə məscidlərdən yayılmağa başlanmalıdır. Şorba çeşməmizdə hər gün 600 kasa( hər kasa 200 qram) şorba ikram edilir.Şorbanı alanla verən heç vaxt bir-birinin üzünü görmür. Hər kəs nə qədər arzu edirsə o qədər ala bilər”,- deyən imam əlavə edib ki, məscidin qapısı üzərindən asılmış burka 1988-ci ildə Kəbə qapısının üzərinə salınmış müqəddəs örtükdür.