AMEA yeni prezident seçir – Akif Əlizadə İlham Əliyevin çağırışına cavab verdi

706

Bu gün saat 16:00-da Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidentinin adı məlum olacaq.

Oxu.Az-ın məlumatına görə, akademiyanın ümumi yığıncağında AMEA-nın yeni prezidenti seçiləcək.

Namizədlər arasında AMEA-nın dörd vitse-prezidenti – Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Dilqəm Tağıyev, Nərgiz Paşayeva, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin adı çəkilir.

Nərgiz Paşayeva və Rasim Əliquliyevin seçilmə şansı daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti Akif Əlizadənin 85 yaşı var. Onun dünən vəzifəsindən istefa verdiyi barədə məlumat yayılıb.

Prezident İlham Əliyevin müvafiq çağırışından sonra AMEA prezidenti istefaya gedib.