Rusiya vertolyotları Amerika hərbi bazasına endi

823

helikopter

Rusiya Hava-Kosmik qüvvələrinin vertolyotları Suriyanın şimalındakı Tabka aerodromuna enib. Bu aerodromda bir neçə gün əvvələ qədər ABŞ hərbi bazası yerləşirdi.

Bu barədə TASS-ın yaydığı məlumata görə, amerikalıların və onların dəstəklədiyi kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin Türkiyə ordusunun başlatdığı “Barış pınarı” əməliyyatından sonra tələsik geri çəkilməsindən sonra hərbi bazanı Bəşər Əsədin ordusu və Rusiya qüvvələri tutub. Bir neçə gündür ki, Rusiya KİV-ləri amerikalıların tələsik qoyub çəkildikləri bazadan alçaldıcı reportajlar verir. Amerikalılar bazadan çəkilərkən bir sıra ləvazimatları da qoyub gediblər. Çəkilmənin ardınca ABŞ aviasiyası bazanın sursat anbarını bombalayıb. Qərb mediası bu çəkilməni “alçaldıcı” hesab edirlər və Rusiyanın böyük geosiyasi qələbəsi kimi şərh edirlər.

ABŞ ordusu

Hazırda aerodromun mühafizəsini Suriya ordusu və onun müttəfiqləri həyata keçirir. Suriya ordusunun komandirlərindən biri deyib ki, 2014-cü ildə aerodromu İŞİD əl keçirmişdi, 2017-ci ildə isə obyekti kürdlər tutdu. Bundan sonra orada Amerika hərbi bazası yaradıldı.

“İndi aerodrom bizimdir və biz daha buradan heç yana gedən deyilik”,-o bildirib.(virtualaz.org)