Putin Ərdoğanı Moskvaya səfərə dəvət edib

805

putin3

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər. Türkiyə ordusu ilə Suriya hakimiyyət qüvvələri arasında münaqişələrin qarşısının alınmasının vacibliyi qeyd olunub.

“Rusiya prezidenti Suriya-Türkiyə sərhədi boyunca yerləşən rayonlarda humanitar vəziyyətin kəskinləşməsinə diqqət çəkib. Vladimir Putin baş vermiş vəziyyətdən kürd silahlı qruplaşmaları tərəfindən mühafizə olunan terror təşkilatlarının, o cümlədən İŞİD-in üzvlərinin istifadə etməsinin qəbuledilməz olduğunu hesab etdiyini söyləyib. Artıq terrorçular azadlığa çıxmağa və qonşu ölkələrə sızmağa cəhd etməyə səylər göstərirlər.

Rusiya və Türkiyə prezidentləri Suriyada siyasi nizamlanma prosesinin davam etdirilməsinin vacibliyini vurğulayaraq BMT-nin himayəsi altında oktyabrın sonunda Cenevrədə Konstitusiya komitəsinin çağırılmasına yardım etmək niyyətində olduqlarını ifadə ediblər.

V.Putin türkiyəli həmkarını yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib. Dəvət qəbul olunub”, – deyə Kremlin məlumatında qeyd olunub.(apa)