Keçmiş hərbçi özünü qadın etmişdi, yenidən kişi olmaq istəyir

792

Piter Bencamin

Böyük Britaniyadan olan 60 yaşlı Piter Bencamin (Peter Benjamin) cins dəyişdirilməsi əməliyyatını keçirdikdən sonra yenidən kişi olmaq qərarına gəlib. Bu barədə The Sun nəşri məlumat verir.

Bizimyol.info xəbər verir ki, nəşrin yazdığına görə, Benjamin hələ yeniyetmə yaşlarından qadın paltarları geyinməyə başlayıb. O, 16 yaşından 20 yaşına qədər orduda xidmət edib, lakin bir gün sərxoş halda ətək geyinib Baraka gəldikdən sonra karyerası bitib.

Buna baxmayaraq, o, üç dəfə evli olub. 2011-ci ildə onun üçüncü həyat yoldaşı öldükdən sonra, kişiyə gender disforiyası (insanın öz bioloji cinsini qəbul edə bilməməsi – red.) diaqnozu qoyulub. Bencamen 2015-ci ildə kişi cinsiyyət orqanını əməliyyatla götürüb. Sabiq hərbçi bildirib ki, dövlət səhiyyə xidməti onun özəl klinikada əməliyyatı üçün on min funt (21 min AZN) ödəyib, lakin həkimlər ona döş böyütmə əməliyyatını tövsiyə etməyiblər.

“Sən möhtəşəm qızsan. Sənə möhtəşəm də ad lazımdır”, – deyərək qonşusu əməliyyatdan sonra onu Viktoriya adlandırmağa başlayıb. Lakin cinsi dəyişdikdən sonra, Bencamində panik ataklar başlayıb və nəticədə içkiyə qurşanıb, çox keçmədən başa düşüb ki, yenidən kişi olmaq istəyir. Britaniyalı bildirib ki, cinsini dəyişdikdən sonra kifayət qədər psixoloji dəstək almayıb və qadınlar arasında özünə dost tapa bilməyib. Benjamin təcavüzə məruz qalacağından qorxmağa başlayıb.

Yenidən kişi olmağa qərar verdikdən sonra, Bencamin yeddi kisə qadın paltarı, parik və kosmetika atıb.