2019-cu ilin yanvar-sentyabr aylarında gömrükdə 617 cinayət xarakterli, 9 371 inzibati xəta faktı aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, cinayət xarakterli faktlar 97 fakt və ya 18,65 faiz, inzibati xətalar isə 2971 fakt, yaxud 46,42 faiz artıb.
Məlumatda görə, gömrük hüquqpozmalarına qarşı mübarizə zamanı Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 123 fakt və ya 74,1 faiz artaraq, 289, qaçaqmalçılıqla bağlı 78 fakt və ya 22 faiz artaraq, 431 olub.
O cümlədən, gömrük orqanlarından gizli keçirmə ilə bağlı göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə, 117 fakt və ya 61,26 faiz artaraq 308 olub.
Bununla yanaşı, bəyan etmədən yayınma ilə bağlı nəticələr 65 fakt və ya 17,45 faiz azalaraq 265, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması ilə bağlı isə 510 fakt və yaxud 10,93 faiz artaraq, 5 175 fakta çatıb.