Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır

1044

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü öz işinə başlayır.

Trend-in məlumatına görə, Zirvə Görüşü türkdilli ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək.

İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. Bundan başqa, Macarıstanın Baş Naziri Viktor Orban da Zirvə Görüşündə iştirak edəcək.

Qeyd edək ki, dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin Xarici İşlər nazirlərinin iclası keçirilib.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.