“Qızımın toyunu edim, sonra ərə getmək barədə düşünərəm” – 57 yaşlı əməkdar artist

1037

 

 

 

 

 

 

 

 

Dünən tanınmış aktrisa, əməkdar artist Nahidə Orucovanın doğum günü idi.

Aktrisa özəl günündə ölkə.az-ın əməkdaşının suallarını cavablandırıb.

O bildirib ki, ilk təbrikini qızından və bacısından alıb.

Əməkdaşımızın “Ailə həyatı qurmaq haqqında düşünürsünüzmü” sualını Nahidə xanım belə cavablandırıb:

“Hələ ki yox. Mənim ailə quracaq yaşda qızım var. Ona görə bu barədə düşünmürəm”.

Ancaq əməkdar artist gələcəkdə bu barədə düşünəcəyini də bildirib.

“Əvvəl qızıma toy edərəm, onu köçürdərəm. Ondan sonra bu barədə düşünərəm”.

Qeyd edək ki, bu gün aktrisanın 57 yaşı tamam olur.

milli.az