BİA.az Türkiyə Çin ilə birgə 3-cü nüvə stansiyasının inşası barəsində razılığa gəlib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı prezident Si Cinpin ilə məsələni müzakirə edib.
Türkiyənin Pekindəki fövqəladə və səlahiyyətli səfiri Emin Önən bildirib ki, razılaşma ilə bağlı hər iki ölkənin energetika nazirləri qarşılıqlı şəkildə işləməyə başlayıb: “İşlərin yarısı tamamlanıb. Məkanından qiymətləndirmə işlərinə qədər bütün detallarla bağlı görüşlər keçirilir. Qısa zamanda yaxşı xəbəri verməyi hədəfləyirik”.