BİA.az Dünyanın nəhəng DNS servisi olan Cloudflare bir qədər əvvəl yaranan İnternet problemi ilə bağlı məlumat yayıb.
Rusiya KİV-ə istinadla xəbər verir ki, internetdə problemlər təkcə Azərbaycanda yox, Rusiya, Çin, ABŞ, Britaniya, Fransa və Polşada da əmələ gəlib.
Cloudflare-in yaradıcısı Metyu Prins bir qədər əvvəl Tvitter üzərindən bəyan edib ki, hazırda problemin həlli üzərində çalışırlar.
Xatırladaq ki, ABŞ şirkəti olan Cloudflare DNS serverlərinin dDoS hücmlarından qoruyan resursdur.