BİA.az Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.
Yarışın son günündə 36 dəst medal sahibini tapıb.
Azərbaycan millisi son gündə hesabına 4 medal yazdırıb. Bunlardan ikisi yunan-Roma, ikisi karate yığmamızın hesabındadır. Güləşçilərdən İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal əldə edib. Karateçilərimizdən Rafael Ağayevlə (75 kq) Firdovsi Fərzəliyev (60 kq) gümüşə yiyələniblər.
Beləliklə, yığmamız Minsk-2019-u 28 medalla başa vurub. Təmsilçilərimiz 5 qızıl, 10 gümüş və 13 bürünc mükafata yiyələniblər.
Komandamız 10 gün davam edən Avropa Oyunlarının yekun medal sıralamasında 10-cu yeri tutub. Bu müddətdə sahibini tapan 200 dəst medala 43 ölkə təmsilçiləri yiyələnib. Onlardan 34-ü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb.
İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli – Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.
yer | ölkə | qızıl | gümüş | bürünc | Cəmi |
1 | Rusiya | 44 | 23 | 42 | 109 |
2 | Belarus | 24 | 16 | 29 | 69 |
3 | Ukrayna | 16 | 17 | 18 | 51 |
4 | İtaliya | 13 | 15 | 13 | 41 |
5 | Hollandiya | 9 | 13 | 7 | 29 |
6 | Almaniya | 7 | 6 | 13 | 26 |
7 | Gürcüstan | 6 | 10 | 14 | 30 |
8 | Fransa | 6 | 9 | 13 | 28 |
9 | Böyük Britaniya | 6 | 9 | 8 | 23 |
10 | Azərbaycan | 5 | 10 | 13 | 28 |
11 | Ermənistan | 5 | 3 | 3 | 11 |
12 | İspaniya | 5 | 2 | 6 | 13 |
13 | Macarıstan | 4 | 6 | 9 | 19 |
14 | Belçika | 4 | 1 | 1 | 6 |
14 | Sloveniya | 4 | 1 | 1 | 6 |
16 | Bolqarıstan | 3 | 7 | 8 | 18 |
17 | Portuqaliya | 3 | 6 | 6 | 15 |
18 | İsveçrə | 3 | 3 | 4 | 10 |
19 | İsrail | 3 | 3 | 1 | 7 |
20 | Yunanıstan | 3 | 2 | 4 | 9 |
21 | Danimarka | 3 | 2 | 3 | 8 |
22 | Polşa | 3 | 1 | 10 | 14 |
23 | İsveç | 3 | 1 | 4 | 8 |
24 | Türkiyə | 2 | 6 | 7 | 15 |
25 | Çexiya | 2 | 5 | 6 | 13 |
26 | Rumıniya | 2 | 3 | 5 | 10 |
27 | Latviya | 2 | 3 | 2 | 7 |
28 | Xorvatiya | 2 | 1 | 5 | 8 |
29 | Litva | 2 | 1 | 0 | 3 |
30 | Finlandiya | 2 | 0 | 1 | 3 |
31 | Avstriya | 1 | 2 | 4 | 7 |
31 | İrlandiya | 1 | 2 | 4 | 7 |
33 | Serbiya | 1 | 2 | 3 | 6 |
34 | Kosovo | 1 | 1 | 1 | 3 |
35 | Estoniya | 0 | 2 | 3 | 5 |
36 | Moldova | 0 | 1 | 4 | 5 |
37 | Slovakiya | 0 | 1 | 3 | 4 |
38 | Lüksemburq | 0 | 1 | 2 | 3 |
39 | Bosniya və Herseqovina | 0 | 1 | 0 | 1 |
39 | Kipr | 0 | 1 | 0 | 1 |
39 | Monteneqro | 0 | 1 | 0 | 1 |
42 | Norveç | 0 | 0 | 2 | 2 |
43 | San-Marino | 0 | 0 | 1 | 1 |
Cəmi | 200 | 200 | 283 | 683 |