BIA/az Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, Informasiya Texnologiyaları Institunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında gizli səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla, vitse-prezident seçilib.
Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə hesab edir ki, R.Əliquliyevin yeni təyinatı elmimizin inlişafına töhfə verəcək.