BİA.az Bu ilin ortalarına Bakının iri ticarət obyektlərində alış-veriş edərkən mobil telefon vasitəsilə təmassız ödəniş texnologiyasından istifadə etmək mümkün olacaq.
Bu barədə Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib.
MHM-dən qeyd ediblər ki, hazırda bu istiqamətdə aparılan bəzi texniki işlər artıq tamamlanıb: “Təmassız ödənişləri mobil telefonda quraşdırılan “SmartPay” əlavəsi vasitəsilə aparmaq mümkün olacaq”.
Qeyd edək ki, ilkin olaraq bu yenilik Naxçıvan Muxtar Respublikasında sınaqdan keçirilib.
Ümumilikdə, “SmartPay” ödəniş sistemi kommunal, stasionar və mobil telefoniya, internet, kabel televiziyası və digər xidmətlərin ödənişləri üçün nəzərdə tutulub. Hazırda ölkə üzrə “SmartPay” ödəmə nöqtələrinin sayı 2 mindən artıqdır ki, onların 1,1 mini poçt şöbələrinin payına düşür. “SmartPay” terminalların (köşklərin) ümumi sayı 50-dən çoxdur.